Ekonomiks 17:14 02.07.2022

Departament rəisi: “Azəriqaz” heç bir pullu xidmət göstərmir” (VİDEO)

"Fərdi qazlaşdırma qaz təchizatı ilə bağlı qanunda da olduğu kimi istənilən bir şəxsin öz vəsaiti hesabına cəlb etdiyi podratçının vasitəsi ilə həyata keçirilir.

Qaynarinfo xəbər verir ki. bunu SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov "Açıq qapı” aksiyasında deyib.

O vətəndaşları podratçı təşkilatlarla müqavilə bağlayan zaman bu işdə diqqətli olmağa çağırıb: "SOCAR "Azəriqaz” İstehsalat Birliyi olaraq heç bir pullu xidmət göstərmirik və bu məsələdə də Birliyin adının hallanmasının heç bir hüquqi əsası yoxdur. Görülən işlər müvafiq tələblərə uyğun aparılıbsa, sayğacın quraşdırılması tərəfimizdən pulsuz həyata keçiriləcək”.

Daha ətraflı: