Xəbər lenti

Dərslər nə vaxt başlamalıdır?
Ölkə 10:51 02.08.2024

Dərslər nə vaxt başlamalıdır?

"Hesab edirəm ki, istər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində dərslər sentyabrın 1-də başlamalıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert təklif edib ki, dərslər başlayan gündən şagirdlərə noyabr ayında keçirilməsi nəzərdə tutulan proqramları sürətləndirilməlidir:

"Azərbaycanda dərslərin sentyabrın 1-i başlaması zəruridir. Bu, tədrisin keyfiyyətinə təsir göstərir. Çünki sentyabrın 15-də başlanılan tədris ili iyunun 14-ə kimi davam edən müddətdə keyfiyyətli dərs keçməyə imkan vermir".
 


Kamran Əsədovun sözlərinə görə, payız tətilinin noyabr ayına kimi uzadılması tədrisə müəyyən qədər öz təsirini göstərəcək:

"Bir gün belə müəyyən fənlərin keçirilməməsi və yaxud da alternativ təhsil alma formasında keçirilməsi təhsilalanların dərs yükünün mənimsəməsinə mane ola bilər. Yaxşı olar ki, dərslər sentyabrın 1-dən başlasın. Bu həm uşaqların itirdikləri vaxtın bərpasına gətirə bilər. 10 günə yaxın tətilin uzadılması mütləq şəkildə tədrisin keyfiyyətinə təsirini qaçılmaz edir. Bütün ailələrin internetə çıxış imkanları yoxdur. Elə ailə var ki, iki və daha çox uşaq təhsil alır".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->