Xəbər lenti

Donald Tramp:
Dünya 12:22 11.02.2024

Donald Tramp: "Prezident kimi Rusiyaya başqa ölkələri məhv etməyə icazə verəcəyəm"

Donald Tramp bildirib ki, o, NATO müttəfiqlərini, əgər Alyans üzvləri müdafiə xərcləri hədəflərini yerinə yetirə bilməsələr, Rusiyanı "istədiyini” etməyə təşviq edəcəyi barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Financial Time” yazıb.

Trampın şərhləri Cənubi Karolinada Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin praymerizləri öncəsi kampaniya mitinqində səslənib. Uzun müddətdir NATO-nu tənqid edən və Rusiya prezidenti Vladimir Putinlə isti münasibət saxlayan keçmiş ABŞ prezidenti tərəfdarlarına deyib ki, "NATO mən gələnə qədər artıq dağılmışdı”. O vurğulayıb ki, vəzifədə olduğu müddətdə avropalı müttəfiqlərini "hamı ödəməlidir və ödəyəcək” deyə onlara xəbərdarlıq edib. 

Tramp xatırladıb ki, NATO üzvü olan ölkələrdən birinin prezidenti ondan Rusiyanın hücumu zamanı ABŞ-ın onları müdafiə edib-etməyəcəyini soruşub. "Mən səni müdafiə etməzdim” deyə Tramp cavab verib. "Əslində, mən onları istədiklərini etməyə təşviq edərdim. Siz ödəməlisiniz. Hesabları ödəməlisiniz”, deyə o, açıqlamasını xatırladıb.

Nəşr qeyd edir ki, Trampın şərhləri bir siqnaldır və o, yenidən prezident seçilərsə, Ukraynada münaqişə başlayandan bəri Rusiya ilə bağlı qorxuların kəskin şəkildə artdığı bir vaxtda NATO alyansının əsasını təşkil edən qarşılıqlı müdafiə öhdəliklərini təhlükə altına qoya bilər. Keçmiş prezident bu yaxınlarda Konqresə Kiyevə döyüş meydanında kritik ola biləcək yeni yardımın təsdiqinə qarşı çıxması üçün təzyiq göstərib.

Cənubi Karolinada keçirilən mitinq zamanı Tramp Respublikaçıların namizədliyi uğrunda mübarizədə əsas rəqibi Nikki Heylinin ərini də ələ salıb. Ordu Milli Qvardiyasının üzvü Maykl Heyli hazırda Afrikada qulluq edir. "Onun ərinə nə olub? O haradadır? O, itkin düşüb?", deyə Tramp soruşub.

"The Financial Time” yazır ki, Trampın NATO üzvlərinə açıq-saçıq xəbərdarlığı və onun xaricdə xidmət aparan hərbçiyə "ilişməsi” bölücü ritorikanı xatırladır. Bu, onun kampaniyasını gücləndirsə və respublikaçı bazanı "qızışdırır”sa da, müstəqillərə və hələ səsini kimə verəcəyini müəyyən etməyənlərə zərər verə bilər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->