61 saylı Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədri Zaur Kərimov vəzifədən azad edilib.
Qaynarinfo xəbər verir ki, DSK sədrinin vəzidəfən azad edilməsi ötən ay baş verib.
Zaur Kərimovun vəzifəsini itirməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi məlumatlara görə, məsələnin kökündə onun fəaliyyəti dayanır. Zaur Kərimovdan xeyli sayda şikayətlərin olması, xüsusilə, onun Neftçala Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi işləyərkən adının torpaq mübahisələrində hallanması DSK sədri kimi kareyrasının sonunu gətirib.
Maraqlıdır ki, Zaur Kərimov çoxsaylı şikayətlər əsasında vəzifədən azad olunsa da, Neftçalanın icra başçısı Mirhəsən Seyidov onu işsiz qoymayıb. İddialara görə, icra başçısı Zaur Kərimovu Neftçala Yod-Brom Zavoduna icraçı direktor təyin etdirib.
Bildirilir ki, hələ ki, bununla bağlı rəsmi qərar yoxdur. Amma bütün Neftçala Zaur Kərimovun artıq zavodun rəhbərliyinə gətirilməsindən danışır. Özü də təəccüblə... Neftçala sakinləri icra başçısının adı dəfələrlə qalmaqallarda, müxtəlif qanunsuz əməllərdə hallanan bu şəxsə etimad göstərməsinə təəccüblə yanaşırlar.
Yeri gəlmişkən, Zaur Kərimov İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nefçtala şöbəsinin müdiri olub. O, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Seyid
Şərhlər