Ölkə 08:42 03.04.2024

DTX təcridxanasında saxlanılan separatçının sərvəti azalıb

"Forbes” nəşri dünya milyarderlərinin növbəti reytinqini açıqlayıb.

Siyahıya Ermənistandan yalnız bir nəfər - separatçı Ruben Vardanyanın adı daxil edilib.

Hazırda onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir.

Siyahıda 2545-ci yeri tutan Vardanyanın ötən il ərzində sərvətinin azaldığı qeyd edilib.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX təcridxanasında saxlanılır və aparılan cinayət işi üzrə öz məhkəməsini gözləyir.//Oxu.az