Ekonomiks 11:16 12.02.2023

Dubay-Mahaçkala təyyarəsi Bakıya endi

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.