Xəbər lenti

Dubayda işləyən qadın bankirin Naxçıvanda əl çantası oğurlanıb
Ölkə 17:30 29.11.2023

Dubayda işləyən qadın bankirin Naxçıvanda əl çantası oğurlanıb

Naxçıvan Hava Limanında oğurluq hadisəsi baş verib. Belə ki, təyyarədə Dubay şəhərindəki "Emirates NBD” bankında mühasib işlən şəxsin əl çantası oğurlanıb. Həmin şəxs saxlanılıb məhkəməyə çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, cinayət hadisəsi 1992-ci il tarixdə Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş Sülhəddin Cəfərov (soyad şərti) tərəfindən törədilib. 

Sülhəddin 2003-cü ildən Türkiyənin İstanbul şəhərində müvəqqəti yaşamaq hüququ alaraq yaşadığını, başqa bir ölkəyə giriş-çıxış etməli olduğunu, bu səbəbdən Şərur rayonuna gəlməyi qərarlaşdırdığını deyib.

6 iyun 2023-cü il tarixində İstanbul-Naxçıvan-Gəncə reysi ilə Naxçıvana gəlib. Təyyarədə olduğu zaman yanında bir nəfərin oturduğunu, xarici vətəndaş olduğunu düşünüb. Ona görə də qadına məxsus çanda pul və qiymətli şeylərin olacağını fikirləşib, oğurlamaq qərarına gəlib. 

Naxçıvana çatdıqda kurtkasını və yük çantasını götürən zaman baqajdan həmin qadının çantasını da götürüb. Çantanı kurtkasının arasında gizlədərək təyyarədən çıxıb bə hava limanını tərk edib. Zərərçəkmiş sərnişin Gəncəyə çatanda təyarənin baqajında çantasının olmadığı görüb. 

Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Sülhəddin Naxçıvan şəhərində yerləşən Avtovağzal kompleksinin yaxınlığında saxlanılıb və cinayət işinin araşdırılması yekunlaşdırılaraq məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, zərərçəkmiş Lalə Heydərova (ad-soyad şərti) 2017-ci ildən Dubay şəhərində yerləşən "Emirates NBD”də mühasib işləyib. Özü Bakı şəhərində doğulsa da, hazırda Dubayda yaşayır. Ara-sıra Bakıya gəlib-gedir. Hadisə zamanı Sülhəddin 2000 manat dəyəri olan əl çantasını, həmin çantanın içərisində 2600 dollar pulu, dəyəri 2300 manat olan "İphone 13 Pro max” markalı mobil telefonu, dəyəri 4000 manat olan 3 ədəd qızıl qolbağı, 280 manatlıq "Polo” firmasına məxsus eynəyi, 4 ədəd bank kartını, şəxsiyyət və sürücülük vəsiqələrini oğurlayıb.

Sülhəddin oğurladığı pulları dostları ilə birlikdə əyləncəyə, eyş-işrətə xərcləyib, "Rent a Car”ların birindən avtomobil kirayə götürərək, Naxçıvanda sürüb. O, Araz çayı ilə də Türkiyəyə qaçaq yolla keçməyə də cəhd edib. 

Məhkəmədə zərərçəkmiş şəxs oğurlanmış əşyaları tapıldığı, dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə bağlı veriləcək məhkəmə qərarına hər hansı bir etirazı olmadığını bildirib. 

Məhkəmə Sülhəddin Cəfərova hökm oxuyub. 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (2 gün) 12 iyun 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 157 gün, cəmi 159 gün müddətin 1 günü 2 gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, onun üzərində qəti olaraq 1  il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->