İdman 22:32 12.02.2024

Dünya rekordçusu faciəvi şəkildə öldü

Ötən il Çikaqoda dünya rekordu qıran keniyalı marafonçu Kelvin Kiptum həyatını itirib.

Qaynarinfo-nun məlumatına görə, 24 yaşlı idmançı avtomobil qəzasından sonra dünyasını dəyişib. 

Ötən ilin oktyabrında keçirilən Çikaqo marafonunda 2 saat 35 saniyə ilə dünya rekordu qıran Kiptumun avtomobilinin ağaca çırpılması nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Kiptum Çikaqoda həmyerlisi Eliud Kipçoqun rekordunu 34 saniyə fərqlə yenilədikdən sonra bu il Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiya oyunlarında marafon yarışının böyük rəqabətə səhnə olacağı gözlənilirdi. 

Rekordçu idmançı ötən il London marafonunun da qalibi olub.
 


Səbuhi Həsənov