Xəbər lenti

Dünyanın ən qoca futbolçusunun yeni klubu: 56 yaşında Portqualiya klubunda
İdman 12:49 02.02.2023

Dünyanın ən qoca futbolçusunun yeni klubu: 56 yaşında Portqualiya klubunda

Hazırda peşəkar futbolçu karyerasını davam etdirən ən yaşlı futbolçu yaponiyalı Kazuyoşi Miuranın yeni klubu müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, o, 56 yaşında Portuqaliyanın 2-ci Liqasına transfer olunub. Bu barədə klubdan açıqlama verilib. Miura icarə əsasında "Oliveyrense"də çıxış edəcək. 

Karyerası ərzində ölkəsi xaricində Braziliyada "Santos", "Palmeiras", "Koritiba", İtaliyada "Cenoa",  Xorvatiyada "Dinamo" (Zaqreb) və Avstraliyada "Sidney"in formasını geyinmiş "Kral Kazu” ləqəbli futbolçu Portuqaliyanın 2-ci liqasında da özünü sınayacaq. 

Peşəkar karyerasına 1986-cı ildə başlayan və futbol dünyasının əfsanələri arasına damğasını vuran Miura fevralın 26-da 56 yaşını tamamlayacaq. 

Transferi ilə bağlı açıqlama verən Kazuyoşi Miura 60 yaşına qədər oynamaq istədiyini vurğulayıb. O, açıqlamasında "Yeni bir ölkəyə gəldim. Çox çalışaraq, hamıya necə futbolçu olduğumu göstərəcəyəm” deyib.

Miura 1990-2000-ci illərdə çıxış etdiyi Yaponiya millisində 89 oyunda meydana çıxıb, 55 qola imza atıb.
  
Səbuhi Həsənov
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->