Xəbər lenti

ECB 19 ildə ilk dəfə ili zərərlə başa vurdu
Ekonomiks 23:37 22.02.2024

ECB 19 ildə ilk dəfə ili zərərlə başa vurdu

Avropa Mərkəzi Bankı (ECB) 19 ildə ilk dəfə 2023-cü ili zərərlə başa vurub. 

Qaynarinfo xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

ECB-nin zərəri 1,3 milyard avro təşkil edib. Rəqəm maliyyə risklərinin ödənilməsi üçün 6,6 milyard avro həcmində ehtiyatların tam sərbəst buraxılması nəzərə alınmaqla verilib. Bu olmasaydı, dəyər daha böyük olardı.

Tənzimləyicinin proqnozuna görə, yaxın gələcəkdə itkilərin qarşısını almaq mümkün olmayacaq. ECB bir neçə ildən sonra yenidən sabit mənfəətə qayıtmağı gözləyir.

Bundan əvvəl Avropa Mərkəzi Bankının analitikləri Avropa İttifaqına idxalın əvəzlənməsinin mümkün nəticələri barədə xəbərdarlıq etmişdilər. Xaricdən mal tədarükündən asılılığı azaltmaq və Avropada yerli istehsalı daha da stimullaşdırmaq cəhdi qiymətlərin bahalaşmasına və keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər.

Yanvar ayında ECB siyasətin yumşaldılması ilə bağlı proqnozlara baxmayaraq, illik 4.5% rekord göstəricisini qoruyub saxlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->