Ekonomiks 15:34 19.12.2023

Əhalidə "yastıqaltı" pullar artıb: Banklardan kənarda vəsaitin çoxalmasının səbəbi

"Bu gün vətəndaşların böyük əksəriyyəti pullarını "yastıq altında” saxlayır. Bu, təkcə banklara etibar məsələsi deyil, həmin şəxslər pullarını üzə çıxarmaqdan qorxurlar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bəzi vətəndaşlar pullarının bir hissəsini banklarda saxlasalar da, əksər hissəsini "yastıq altı”nda gizlədirlər:

"Vətəndaşlar qorxurlar. Qəfildən qapını döyüb pulların mənbəyi ilə maraqlana bilərlər. Onlardan soruşa bilərlər ki, bu qədər pulu hardan  qazanmısan? Buna görə də vətəndaş pullarını banka qoymaqdan çəkinir”. 
 


Əkrəm Həsənov hesab edir ki, bu gün banklara etibar edilən pullarla bağlı 3 təhlükə var:

"Birincisi, bank bağlana bilər, ikincisi, müəyyən dairələrdən gəlib pulun hesabını soruşacaqlar, üçüncüsü, evdə qalsa da, təhlükə daha çoxdur, oğrular apara bilər”. 

Qeyd edək ki, banklardan kənarda saxlanılan nağd pulun həcmində artımlar var. Hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır. 

Bahar Rüstəmli