Ölkə 10:30 07.12.2023

Şəhid atası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi Nurəhməd Ulubəyovun atası Hacıbəy Ulubəyov vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, şəhid atası xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nurəhməd Ulubəyov 2020-ci il 7 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.