Xəbər lenti

Ekspert həyacan təbili çalır: Azərbaycanda su qıtlığı gözlənilir...
Ekonomiks 11:39 08.01.2024

Ekspert həyacan təbili çalır: Azərbaycanda su qıtlığı gözlənilir...

"Hazırda Azərbaycanda bir nömrəli problem su ilə bağlıdır. Dəfələrlə bu barədə danışmışam, amma səsimi eşidən yoxdur. Bir gün tam susuz qalacağıq". 

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Xosrov Musayev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Azərbaycan və Mərkəzi Bakı ərazisində su çatışmazlığının əks olunması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. 

Xosrov Musayev bildirib ki, elm sahəsində çalışan insanlar prosesləri qabaqcadan görə bilirlər: 

"Biz artıq suyun qıtlığını hiss edirik, yay aylarında Aran bölgələrində su çatışmır. Hər bir insana gündə 3 litr su lazımdır. Təkcə qida hazırlamaq və içmək üçün. Hələ digər itifadə üçün lazım olam suları demirəm". 
 


Ekspert bildirib ki, su qıtlığının hava ilə əlaqəsi də böyükdür:

"Havaya baxın, görün qış mövsümünə bənzəyir? Elə bil yaydır, yağıntı yoxdur, buxarlanma da çoxdur. Bu, nəyə gətirib çıxaracaq? Əlbəttə ki, quraqlığa. Meşə olan ərazidə buxarlanma zəif olur. Azərbaycanda başqa ölkələrlə müqayisədə 12, 4% meşə sahəsidir. Dünyada isə orta göstərici 30% təşkil edir. Görün, dünyanın orta göstəricisindən neçə dəfə aşağıyıq. Çoxlu ağacəkmə kampaniyaları keçirilir. Qırılma sayı da azalıb. Amma bunların yerini doldurmaq üçün 20 il ağac əkməliyik".

Xosrov Musayev Kür çayının suyunun azaldığını qeyd edib:

"Onu qidalandıran çaylar da su azalıb. Dağların başına baxanda su yoxdur. Qar da olmayanda yağıntı az düşür. Yağıtı olmayanda da su olmur".

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına görə, Azərbaycan və Mərkəzi Bakı ərazisi su çatışmazlığı riski altındadır. Planda qeyd edilib ki, BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbi ilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dən çox azalacağı ehtimal edilir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->