"Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.
Qaynarinfo xəbər verir ki, Bakı klubu bu barədə "Facebook" səhifəsində vasitəsilə paylaşım edilib.
Qeyd edilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.
Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: "Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”
Xatırladaq ki, Elnur Eyvazov 2016-2017-ci illərdə "Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.
Şərhlər