Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi açıqlanıb.
Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, Elnur İbrahim millinin çalışdırıcısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur İbrahim bundan öncə 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 2009-cu ildən 2024-cü ilə qədər Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində çalışıb.
Şərhlər