Xəbər lenti

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış
Ekonomiks 15:25 09.12.2023

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

"Rəhbərlik tərəfindən əmək hüquqları pozulan vətəndaşlar məhkəməyə müraciət edə bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov həftə ərzində istirahətsiz işləyən vətəndaşların hüquqlarının pozulmasından danışarkən deyib. 

Vəkil bildirib ki, əmək qanunvericiliyinə görə, işləyən vətəndaşlara həftə ərzində iki dəfə istirahət verilməlidir:
 


"Həftəlik norma 40 saatdır. Hətta vətəndaş 6 gün işləyirsə, onun gündəlik iş rejimi 8 saat deyil, daha az olmalıdır. Azərbaycanda əmək hüquqlarının kobud şəkildə pozulması hər kəsə bəllidir".

Əkrəm Həsənov belə vəziyyətlə qarşılaşan vətəndaşlara çağırış edib:

"Hüquqlarınızı bilin. Belə halda vətəndaşın iki yolu var. Birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək, ikincisi hüququ yolla, yəni rəhbərliyi məhkəməyə verməklə məsələni həll etmək. Amma Azərbaycanda bu işlər məhkəməyə qədər getmir. Çünki vətəndaşlar qorxurlar ki, onları işdən çıxara bilərlər".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->