İdman 18:34 19.10.2022

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

Qaynarinfo Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Harts" klubunun maraq dairəsinə düşüb.

Təcrübəli oyunçu Edinburq təmsilçisinin orta xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biri hesab olunur.

Qeyd edək ki, Rusiya futbolunun yetirməsi olan Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisində, 2017-ci ildən isə "Neftçi"də çıxış edir. O, daha əvvəl Rusiyada "Saturn", Moskva "Spartak"ı, "Krılya Sovetov" və Portuqaliyada "Boavişta" kimi klubların formasını geyinib.