Xəbər lenti

Ən tənbəl uşaqlar bu ölkələrdə yaşayır (SİYAHI)
Dünya 21:51 24.05.2024

Ən tənbəl uşaqlar bu ölkələrdə yaşayır (SİYAHI)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, İngiltərə, Şotlandiya və Uelsdəki uşaq və yeniyetmələr 44 ölkə arasında mobillik reytinqində sonuncu yerdədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Tədqiqat zamanı ÜST ekspertləri Avropa, Mərkəzi Asiya və Kanadada yaşayan 11, 13 və 15 yaşlı uşaq və yeniyetmələrin qidalanma vərdişləri və fiziki aktivlik səviyyələrini təhlil ediblər. Sorğuda 8 mindən çox gənc britaniyalı da iştirak edib. Onlar 44 ölkənin nümayəndələri arasında ən "tənbəl" olublar. 

İngiltərə, Şotlandiya və Uelsdən olan 10 respondentdən yalnız biri 15 yaşına qədər hər gün ən azı bir saat orta fiziki fəaliyyətlə məşğul olmaq (məsələn, yerimək) vərdişini inkişaf etdirib.

Ümumdünya Səhiyyə Təşkilatı bu nəticələrin gündəlik hərəkətliliyin qiymətləndirilməsi ilə əldə edildiyini izah edib. Sorğuda iştirak edən oğlanların üçdə ikisi və 15 yaşlı qızların üçdə biri həftədə 4 dəfədən çox intensiv fiziki məşqlə məşğul olur.

Rumıniya, Polşa, Slovakiya, İspaniya və Xorvatiyadakı uşaq və yeniyetmələr gündəlik həyatda daha mobildir. Portuqaliya, İrlandiya, Danimarka, İsveç, İtaliya və Norveç fiziki aktivlik reytinqində daha da yüksək yerləri tutublar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->