Xəbər lenti

Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik
Dünya 22:36 24.03.2025

Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik

"Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik".

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər.

Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, - dövlət başçısı deyib.

Qeyd edək ki, Ə.İmamoğlu martın 23-də həbs olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->