Xəbər lenti

Erkin Qədirlinin şikayəti var
Ölkə 19:28 05.09.2024

Erkin Qədirlinin şikayəti var

REAL partiyası növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlunun qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına müraciət edib. 


"Qafqazinfo” xəbər verir ki, müraciətdə şikayət olunan məntəqələrədə seçici aktivliyinin süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayının olduğundan artıq göstərildiyi qeyd olunub.


Erkin Qədirli haqqin.az-ın əməkdaşı ilə söhbətində məsələyə belə münasibət bildirib: 


"6 seçki məntəqəsi üzrə nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət göndərmişəm. Müşahidəçilərim əlimizdə olan səslərin sayılması ilə komissiyanın protokolları arasında uyğunsuzluqlar qeydə aldılar. Dairə seçki komissiyasından mənə verilən protokollarda, səs verənlərin sayı şişirdilib”.


Deputatın sözlərinə görə, görünür, bu, seçici fəallığını artırmaq üçün edilib:


"Səsvermə prosesi və seçki fəallığı ilə bağlı heç bir illüziyam yoxdur. Bəli, mən seçkilərdə qalib gəldim, lakin protokollarda göstərilən üstünlüklə yox”.


Deputat 2020-ci il seçkiləri zamanı da eyni hadisəni xatırladıb. Həmin vaxt E.Qədirli şikayət verib və beş məntəqədə səsvermənin nəticələri ləğv edilib.


Millət vəkili onu da bildirib ki, MSK-nın protokollarına əsasən, təmsil etdiyi məntəqələrdə seçki fəallığı 22 faiz təşkil edib, baxmayaraq ki, reallıqda seçicilərin cəmi 14 faizi seçkiyə gəlib.


"Mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”, - deyə deputat əlavə edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->