Xəbər lenti

Erməni müxalifəti üçün son sınaq günü (ŞƏRH)
Dünya 21:47 05.06.2024

Erməni müxalifəti üçün son sınaq günü (ŞƏRH)

"Ermənistan müxalifəti əvvəlki mitinqlərdə nəyə qadir olduğunu göstərib. İnanmıram ki, fərqli nəticə əldə edə biləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan müxalifətinin 9 iyuna təyin etdiyi növbəti aksiyası barədə danışarkən deyib.

İlqar Vəlizadə vurğulayıb ki, 9 iyun aksiyasının da əvvəlki mitinqlərdən heç bir fərqi olmayacaq:

”Əksinə, hər bir mitinqdən sonra müxalifətin nüfuzu daha da aşağı düşür. Bu ölkədə müxalifətin heç nəyə  qadir olmadığı təəssüratı getdikcə daha da möhkəmlənir. Bu da öz növbəsində Paşinyanın  xeyrinədir. Hakimiyyət çalışır ki, mitinqi təşkil edənləri rüsvay etsin və beləliklə də müqavimət  zəifləsin”. 
 


Politoloq bildirib ki, erməni cəmiyyəti kimin nəyə qadir olduğunu bir daha əyani olaraq görsün:

”Ona görə erməni müxalifətinin 9 iyun mitinqindən də heç nə gözləmirəm”. 

Qeyd edək ki, iyunun 9-da saat 18:30-da İrəvanın Respublika meydanında müxalifətin geniş mitinqi keçiriləcək. Bu barədə "Müqəddəs Mübarizə”  "Telegram” kanalında yayılan məlumatda deyilir. İddialara görə, arxiyepiskop Baqrat Qalstanyan  mitinqdə vəziyyəti dəyişəcək mühüm çıxış edəcək. Müxalifət bazar günü keçiriləcək aksiyaya 100 min  insanın cəlb olunacağını iddia edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->