Xəbər lenti

Ermənistanda delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında reqlament təsdiqləndi
Siyasət 13:48 25.10.2024

Ermənistanda delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında reqlament təsdiqləndi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların iş reqlamentini imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. Sənədin lehinə 67 deputat səs verib.

Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->