Xəbər lenti

Ermənistandakı bu qərar nəyi dəyişəcək? (ŞƏRH)
Dünya 16:53 01.12.2023

Ermənistandakı bu qərar nəyi dəyişəcək? (ŞƏRH)

"Bu dəyişiklik Qərbin təklifidir. Paşinyanda belə ağıl yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbəri və müavinin bundan sonra prezident deyil, baş nazir tərəfindən təyin və vəzifəsindən azad edilməsi barədə hökumətin qərarını şərh edərkən deyib.

Politoloq deyib ki, Ermənistanda Milli Təhlükəsizlik Xidməti rəhbəri və müavininin təyin və vəzifədən azad edilməsini öz üzərinə götürməklə baş nazir Nikol Paşinyan özünə sadiq adamı ora qoymaq niyyətini ortaya qoyur:



"Sirr deyil ki, ən çox informasiyalar məhz bu qurumda olur. Paşinyan həmin təyinatları öz üzərinə götürməklə özü ilə bağlı qapalı informasiyaların kənara sızmamasına çalışacaq. Ermənistan prezidenti o qədər də güclü fiqur deyil. Prezident əvvəlllər İngiltərədə səfir olub. O Ermənistanı idarə etmək gücündə deyil. Həm də onun nəfsi bir az itidir, yəni pulla hər şeyi ələ ala bilər. Bu mənada Paşinyan Təhlükəsizlik Xidmətinin də öz nəzarətində olmasını daha vacib sayır. Qərb Paşinyan haqqında informasiyaların Rusiyaya ötürülməsinin qarşısını almaq üçün ona bu təklifi verib”. 
 
Həmsöhbətimizə görə, baş verən bu hadisə Ermənistan iqtidarı daxilində ciddi ziddiyyətlərin olmasından xəbər verir:

"Həmin addım hakimiyyət daxilində narazılığın olmasının nəticəsidir”. 

Qeyd edək ki, Ermənistanda bundan sonra Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbərini və onun müavinini prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edəcək. Ermənistan mediasının məlumatına görə, bu barədə qərar hökumətinin dünən keçirilən iclasında qəbul edilib. Planlaşdırılan dəyişikliklərin qəbulundan sonra MTX-nin direktoru və onun müavinləri dövlət vəzifələrini, Milli Təhlükəsizlik Xidmətinin qalan zabitləri isə hərbi vəzifələri tutacaqlar. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->