Sərhəddə ölən erməni hərbçilərinin sayı arta bilər, itkin düşənlər var.
Qaynarinfo "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə Komissiyasının sədri Andranik Koçaryan
deyib.
"İtkin düşənlər var, onların taleyi bəlli olandan sonra nə qədər ölən və əsir götürülənin olduğu aydınlaşacaq”, deyə Koçaryan bildirib.
Deputat bildirib ki, itkin düşənlərin ümumi sayı açıqlanmır, çünki cəsədlərin bəziləri Ermənistanın nəzarətində olmayan ərazidədir. O, ölən hərbçilərin siyahısının niyə hələ də açıqlanmamasının səbəbi barədə suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında sərhəddə 135 erməni hərbçinin öldüyünü bildirib.
Aydın
Şərhlər