ƏSA Teatrına mədəniyyət müəssisələrində güzəştli şərtlərlə yerin verilməsi nəzərdən keçirilir.
Qaynarinfo xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Nazirin sözlərinə görə, ƏSA Teatrı yaradıcılıq sahəsinə yeni məzmun gətirib: "Bu məsələdə ƏSA Teatrına dəstək olmağa hazırıq. ƏSA Teatrının fəaliyyətini yüksək qiymətləndiririk. Nəzərə alırıq ki, bu teatr inklüziv fəaliyyəti də təqdim edir. Ona görə də bizim bu teatra böyük rəğbət və dəstəyimiz var”.
Şərhlər