Xəbər lenti

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
İdman 15:15 19.07.2026

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Qaynarinfo AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək

F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->