Xəbər lenti

FIFA qadın futbolçunu öpən prezidentlə bağlı araşdırmalara başladı (VİDEO)
Video 11:15 25.08.2023

FIFA qadın futbolçunu öpən prezidentlə bağlı araşdırmalara başladı (VİDEO)

FİFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə qarşı qadınlar arasında dünya çempionatının finalında Jenni Hermosonu zorla öpdüyünə görə intizam işi açıb.

Qaynarinfo-nun məlumatına görə, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales qadınlararası dünya çempionatının finalından sonra medal mərasimində ispaniyalı futbolçu Hermosonu dodaqlarından öpmüşdü. Futbolçu isə hadisədən sonra bundan heç də həzz almadığını demişdi. Daha sonra Rubiales ona gələn reaksiyalara sərt cavab versə də, üzr istəməli olub. Lakin bu üzrxahlıq kifayət etməyib və federasiya prezidentinə təzyiqlər artıb. Nəticədə FİFA hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Qurum İntizam Məcəlləsinin 13-cü maddəsinin bir və ikinci bəndlərinin pozuntusu sayıla biləcəyi barədə bəyanat yayıb. 

Bəyanatda aşağıdakı sözlər yer alıb:

"FİFA İntizam Komitəsi bu gün 2023-cü il avqustun 20-də FİFA Qadınlararası Dünya Çempionatının finalı zamanı baş vermiş hadisələr əsasında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə qarşı intizam araşdırmasına başlanılacağını bildirir. Hadisələr İntizam Məcəlləsinin 13-cü maddəsinin bir və ikinci bəndlərinin pozulması ola bilər. FIFA bu intizam icraatları ilə bağlı əlavə məlumatı yalnız yekun qərar qəbul etdikdən sonra verəcək. FIFA bütün şəxslərin toxunulmazlığına hörmətlə yanaşdığını bir daha təkrarlayır və bunun əksinə olan istənilən davranışı qəti şəkildə pisləyir".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->