Çərşənbə axşamı Finlandiya parlamentinin binasında millət vəkilini meyiti tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İltalehti” qəzetinə Helsinki polisindən məlumat verilib.
Fövqəladə hallar xidmətinə hadisə barədə yerli vaxtla saat 11:06-da siqnal daxil olub. Qəzetin mənbələri millət vəkilinin intihar etdiyini iddia etsə də, adı açıqlanmır. Parlamentin təhlükəsizlik xidmətinin rəhbəri Aaro Toivonen "Yle"yə verdiyi şərhdə bu məlumatı təkzib etməyib.
Polis ölümün səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, cinayət əlamətlərinə rast gəlinməyib. Hadisə yerində bir neçə polis patrulu və həkimlər işləyir.
Koalisiya Partiyası fraksiyasının sədri Jukka Kopra faciə barədə nazirlərin yay görüşündə jurnalistlərdən xəbər tutub. Onun sözlərinə görə, mərhum deputatın hansı partiyadan olmasından xəbəri yoxdur. Siyasətçi hadisəni kədərli və ciddi hadisə adlandırıb.
Hazırda parlament yay tətilindədir. Payız sessiyasının sentyabrın 2-nə keçirilməsi nəzərdə tutulub.
Aydın
Şərhlər