Xəbər lenti

Fransa iğtişaşlarda iştiraka görə ilk hökmləri çıxarmağa başladı
Dünya 20:06 02.07.2023

Fransa iğtişaşlarda iştiraka görə ilk hökmləri çıxarmağa başladı

Qrenobl məhkəməsi iğtişaşlarda iştiraka görə ilk hökmləri çıxarıb. 

Qaynarinfo xəbər verir ki, "France Info”nun məlumatına görə, üç nəfərə üç aydan dörd aya qədər həbs cəzası verilib.

Kütləvi informasiya vasitələri onların hamısının küçə iğtişaşları zamanı quldurluğa cəhd etdiklərinə görə cəzalandırıldığını qeyd edir.

Xatırladaq ki, bir neçə gündür Fransada iğtişaşlar davam edir. Gənclər avtomobilləri, polis və yerli hakimiyyət orqanlarının binalarını yandırır, bankları, mağazaları qarət edir.

Ümumilikdə 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır. Etirazlar 17 yaşlı gəncin Parisin Nanter qəsəbəsində yolda yoxlama apararkən polis əməkdaşları tərəfindən öldürülməsindən sonra başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gənc onların tələblərini yerinə yetirməkdən imtina edib.

Bu arada, məlum olduğu kimi, etirazçılar Fransanın L'Ail-le-Rose şəhərinin merinin evinə hücum ediblər. Hücum nəticəsində onun həyat yoldaşı və uşağı yaralanıb, bu barədə Vincent Jeanbrune özü sosial şəbəkələrdə rəsmən bildirib. Prokurorluq qətlə cəhd faktı ilə bağlı araşdırmalara başlayıb.

"20Minutes” nəşri öz növbəsində yazır ki, Fransada baş verən hadisələr fonunda qonşu İsveçrədə iğtişaşlar başlayıb. Mətbuatın polisə istinadən verdiyi məlumata görə, ötən gecə İsveçrənin Lozanna şəhərində 7 nəfər saxlanılıb. Onlardan altısı azyaşlıdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->