Xəbər lenti

İdman 11:56 30.11.2023

Futbolçu sevgilisinə görə millidən uzaqlaşdırıldı

"Norviç"in hücumçusu Hvanq Ui-Jo Koreya Futbol Assosiasiyası tərəfindən cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb futbolçunun keçmiş sevgilisini razılığı olmadan qanunsuz seks kasetinə çəkməsidir. Polisin araşdırmasından sonra futbolçu cəzalandırılıb. Premyer Liqa təmsilçisi "Nottingham Forest" dən icarəyə götürülmüş Hvanq keçmiş sevgilisi ilə cinsi əlaqəni telefonunda lentə almaqda və görüntüləri sosial şəbəkədə paylaşmaqda ittiham olunub. Koreya Futbol Assosiasiyasının (KFA) etika komitəsi çərşənbə axşamı polisin sorğusunun nəticəsindən sonra onu millidən kənarlaşdırıb. Baş məşqçi Yurgen Klinsmann federasiyanın qərarına hörmətlə yanaşdığını bildirib. Hvanq isə iddiaları qəti şəkildə rədd edir. 

Futbolçu Cənubi Koreya millisinin heyətində bu ayın əvvəlində dünya çempionatının seçmə mərhələsi çərçivəsində Sinqapur üzərində 5:0 hesablı qələbə qazandıqları matçda qol müəllifi olub. 31 yaşlı futbolçunun yanvarda keçiriləcək Asiya Kuboku üçün millinin heyətində yer alacağı gözlənilsə də hazırda bu şübhə altındadır.

Hvanq 2022-ci ilin avqustunda Fransa klubu "Bordo"dan "Nottingem Forest"ə transfer olunub. O, hələ ki, İngiltərə təmsilçisinin əsas komandasında oynamayıb. Ancaq "Olimpiakos", "Seul" və "Norviç"ə icarəyə verilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->