Gəncə Dövlət Milli Dram Teatrına daha bir təyinat olub. Elşad Əhmədli sözügedən teatrda yeni yaradılan Yaradıcılıq şöbəsinin müdiri təyin olunub.
Şöbə müdiri Qaynarinfo-ya bildirib ki, bundan sonra teatrda iki vəzifəni icra edəcək:
"Baş rejissor ştatı ləğv edilib. Onun əvəzində Yaradıcılıq şöbəsi yaradılıb. Mən həm bu şöbənin müdiri, həm də quruluşçu rejissor kimi teatrda fəaliyyətimi davam edirəcəm"
Xatırladaq ki, Elşad Əhmədli 2022-ci ildən Gəncə Dövlət Milli Dram Teatrında Baş rejissor kimi fəaliyyət göstərir.
Qeyd edək ki, fevralın 14-də mədəniyyət naziri Adil Kərimlinin qərarı ilə Ədalət Hacıyev Gəncə Dövlət Milli Dtram Teatrına direktor təyin olunub.
Bahar Rüstəmli
Şərhlər