Xəbər lenti

İdman 14:10 05.02.2024

"Güldürən qaz"dan istifadə edən futbolçu xəstəxanalıq oldu

"Hippy crack” və ya "Güldürən qaz”ın (azot oksidi) istifadəsi Britaniyada qanunsuz olmasına baxmayaraq, elit futbolçular arasında geniş yayılmışdır.

Qaynarinfo-nun məlumatına görə, artıq İngiltərədə bir çox futbolçular əyləncə üçün məhz bu qazdan istifadə edir. " THE Sun"un yazdığına görə, Premyer Liqada tanınmış ulduzlarından biri "Gülüş qazı”na aludəçiliyinə görə reabilitasiyaya gedən ilk futbolçu olub. Ailəsinin klubundan kömək istəməsindən sonra futbolçu tibb mərkəzinə yerləşdirilib. Polis futbolçunun istifadə etdiyi araşdırarkən oturacağın altında onlarla azot oksidi qazı aşkarlayıb. Mənbənin "The Sun”a bildirdiyinə görə, futbolçuya karyerasını xilas etmək istəyirsə, ixtisaslaşmış mərkəzə müraciət etməli və kömək istəməli olduğu haqda xəbərdarlıq edilib. Adı açıqlanmayan həmin futbolçunun doğum günündə istifadə etmək üçün azot qazı qutularına 12.000 avro xərclədiyi söylənilib.

"Hippy crack" və ya güldürən qaz kimi də tanınan azot oksidi əsasən şar doldurmaq üçün istifadə edilir. Azot oksidinin istehlakı adrenalinin sürətlə yüksəlməsini təmin edir, lakin infarkt, daimi beyin zədələnməsi və hətta ölüm riski daşıyır. "Güldürən qaz"ın uzun müddətli istifadəsi də depressiya, yaddaş itkisi, sidik qaçırma, halüsinasiyalar və sinir zədələnməsinə səbəb ola bilər. "Hippi crack" C sinifinə aid dərman hesab olunur və inhalyasiya yolu ilə saxlanılması Böyük Britaniyada cinayət sayılır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->