Cümə axşamı, martın 2-də Tbilisi Apelyasiya məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini səhhəti ilə bağlı həbsdən azad etməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsgeorgia” məlumat
yayıb.
Məhkəmə "keçmiş prezidentin vəkillərinin şikayətini təmin etmək üçün hüquqi əsaslar" tapmadığını bildirib.
Saakaşvilinin vəkilləri bildiriblər ki, məhkəmə tərəfləri dinləmədən, yalnız iş materialları əsasında qərar qəbul edib. Eks-prezidentin müdafiəçisi Şalva Xaçapuridze bildirib ki, hazırda Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək barədə qərar qəbul edilməyib.
Nizami Bağırov
Şərhlər