İdman 18:56 29.03.2023

Haland 300 minlik "Rolls-Roys"la qaydanı pozdu

"Mançester Siti"nin ulduzu Erlinq Haland Çempionlar Liqasında "Leypsiq"lə oyundan sonra idarə etdiyi "Rolls-Roys" markalı avtomobildə qaydanı pozub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "The Sun"da xəbər yer alıb. Belə ki, "Mançester Siti"nin ulduzu 300 min funt-sterlinq qiyməti olan "Rolls-Roys" markalı avtomobillə "Etihad" stadionunun yaxınlığında hərəkət edərkən telefonundan yararlanıb. Böyük Britaniyada avtomobil sürərkən telefondan istifadə qadağandır və bu qayda pozuntusuna görə 200 funt-sterlinq cərimə nəzərdə tutulur.

"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland qasıq nahiyəsindən aldığı zədə səbəbindən ölkəsi Norveç yığmasının AVRO-2024-ün seçmə mərhələsi üçün heyətdən kənarlaşdırılıb. O, hazır olacağı təqdirdə aprelin 1-də "Mançester Siti” ilə "Liverpul”a qarşı oynayacaq.

Səbuhi Həsənov