Son üç gündə Qəzza zolağından İsrailə 1500-dən çox
raket atılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda İsrail
ordusunun mətbuat xidmətinin Tvitterdə yaydığı məlumatda deyilir.
Məlumatda HƏMAS-ın 140 km məsafə boyu İsrailin
mülki əhalisini terrora məruz qoyduğu qeyd olunur.
Atılan raketlərdən təxminən 350-nin İsrail ərazilərinə
çatmadığı və yüzlərlə digərinin "Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi
tərəfindən tutulduğu da bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin
cümə axşamı gecəsi Qəzzadan atılan raketlərə cavab olaraq sektora növbəti zərbələr
endirdiyi bildirilib. Xüsusi olaraq, hücumlar Fələstin hərəkatı HƏMAS-ın kəşfiyyat
xidmətlərinin yerləşdiyi binaya və təşkilatla əlaqəli bir banka qarşı həyata
keçirilib.
Alpər
Şərhlər