"Düşmənin
hərbi texnikası və ordusu məhv edilib. Onlarda ağıl olsaydı, günü bu gün təslim
olub, çıxıb gedərdilər”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov Zəngilan rayonunun
işğaldan azad olunmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, Azərbaycan
torpaqlarının işğaldan azad olunması düşmən tərəfdə böyük məyusluq yaradır:
"Qarabağın
işğaldan azad olması ilə bağlı xəbərlər Azərbaycan xalqında böyük əhval-ruhiyyə
yaradır. Ordumuz qısa müddətdə Cəbrayıl, Füzuli rayonu və kəndlərini, bundan əlavə
Xocavənd, Hadrut, Tərtər, Ağdarənin çoxlu sayda kəndini işğaldan azad edib. Bu
gün isə Zəngilan və rayonun bir neçə kəndi
azad edilib. Proses davam edir, Qarabağ bütünlüklə azad olunacaq.
Torpaqlarımızın alınması xalqımızda böyük əhval-ruhiyyə, düşmən tərəfdə isə çox
böyük məyusluq yaradıb”.
Emin Həsənli
düşmən tərəfin böyük itkilər verdiyini qeyd edib:
"Düşmən
məğlub olur, canlı qüvvə, texnika itirir, əraziləri boşaltmağa məcbur olur və
Azərbaycan Ordusu tərəfindən torpaqlardan qovulur. Proses davam edir. Görünən
odur ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa vaxtda hər şey sona yetəcək.
Azərbaycan ordusu işğal altında olan torpaqları bütünlükə azad edəcək”.
Bahar
Rüstəmli
Şərhlər