Xəbər lenti

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)
Ölkə 20:21 24.09.2022

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
Qeyd edilib ki, şübhəli şəxslər dindirilir.

19:16
 
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->