Xəbər lenti

İdman 15:52 09.08.2023

İdmançımız MDB Oyunlarında qızıl medal qazandı

Belarusda keçirilən II MDB Oyunlarının ağır atletika üzrə yarışlarında idmançımız Dadaş Dadaşbəyli uğurlu nəticə ilə yadda qalıb.
 
Qaynarinfo-nun məlumatına görə, Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
 
Bu gün mübarizəyə qoşulan digər idmançımız Əli Şükürlü isə ümumilikdə 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub. 

Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan II MDB Oyunlarında 150-dən çox idmançı medallar uğrunda mübarizə aparır.
 
Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->