Ekonomiks 15:21 14.05.2022

İki böyük şirkətin dövlətə 11 milyon manat borcu var (FOTO)

Azərbaycanda iki böyük şirkətin ümumilikdə dövlət vergi xidmətinə 11 milyondan çox borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 17 milyon manat, qanuni təmsilçi Niyazi Palaslıoğlu olan "Qazax Sement Zavodu”  Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 836 min 286 manat 12 qəpik borcu var.



Şirkətin əsas sahibi keçmiş baş prokuror Zakir Qaralov olduğu deyilir. Belə ki, Azərbaycan bazarında məhsullarını "Akkord Sement” MMC kimi istehsal olunan "Qazax Sement Zavodu” Akkord Korporasiya Açıq Səhmdar Cəmiyyətinə daxildir. 



Nizamnamə kapitalı 120 AZN, qanuni təmsilçisi Natiq Cəfərov Qalib oğlu olan "CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3 milyon 988 min 175 manat 16 qəpik vergi borcu var. 



Müdafiə Nazirliyi də "CPS Construction” MMC-ni müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə məhkəməyə verib. 

İki il əvvəl "Ak Petroleum Industrial Company” MMC fəaliyyətinə xitam verilərək "CPS Construction” MMC-yə qoşulub.

Bu şirkətin də keçmiş yüksək rütbəli məmurlardan birinə məxsus olduğu deyilir.

Əhməd