Siyasət 18:36 14.12.2022

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü (YENİLƏNİB/FOTO)

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Qaynarinfo xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulandı. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. 

Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib.

Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 
14.42

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.