Xəbər lenti

İlon Mask OpenAI-ni 97,4 milyard dollara almaq istədi, ələ salındı - WSJ
Dünya 12:32 11.02.2025

İlon Mask OpenAI-ni 97,4 milyard dollara almaq istədi, ələ salındı - WSJ

İlon Mask "OpenAI" üzərində nəzarəti ələ keçirmək üçün 97,4 milyard dollar təklif edib. 

Qaynarinfo "The Wall Street Journal"a istinadla xəbər verir ki, onun rəhbərlik etdiyi xAI şirkəti və bir qrup investor bu təklifi "OpenAI"nin Direktorlar Şurasına təqdim edib. İnvestorlar "OpenAI"nin kommersiya bölməsini idarə edən qeyri-kommersiya təşkilatını satın almaq niyyətindədirlər.  

"OpenAI"nin baş direktoru Sem Altman bu xəbərə artıq X platformasında reaksiya verib: "Xeyr, təşəkkürlər, amma istəyirsənsə, biz "Twitter"i 9,74 milyard dollara alarıq”, deyə o, Maskın sahib olduğu sosial şəbəkədə yazıb.  

Mask isə WSJ-yə vəkili vasitəsilə verdiyi açıqlamada belə deyib: "OpenAI"nin yenidən açıq, təhlükəsizliyə və ümumi rifaha yönəlmiş güc olmasının vaxtıdır. Biz bunun baş verməsini təmin edəcəyik”.  

Bununla belə, Maskın bu təklifinin nə dərəcədə ciddi olduğu və uğur şansının olub-olmadığı məlum deyil.  

"OpenAI" adi kommersiya şirkəti deyil və Altman və digər rəhbərlərin uzaqlaşmağa çalışdığı qeyri-kommersiya strukturu əksinə, şirkəti ələ keçirilmədən qoruyur.  

Əgər "OpenAI" ənənəvi səhmlərə malik kommersiya şirkəti olsaydı, Maskın təklifi korporativ hüquqda "Revlon anı” adlanan vəziyyətə səbəb ola bilərdi. Bu halda, Direktorlar Şurası səhmdarların mənfəətini maksimuma çatdırmaq üçün şirkəti ən yüksək məbləği təklif edənə satmağa məcbur olardı.  

Gözlənildiyi kimi, Mask Altmanın zarafatını bəyənməyib və ona "Scam Altman” ("Dələduz”) deyə cavab verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->