İsrail ordusu bildirib ki, Şimali İsrail Livandan pilotsuz təyyarələrlə hücuma məruz qalıb.
Qaynarinfo-nun məlumatına görə, ordunun "Telegram" mesajında deyilir ki, İsrail ordusu Hizbullah hədəflərinə hava zərbələri ilə cavab verib.
Bu arada İrandan atılan onlarla pilotsuz təyyarə və raket İsrailə doğru uçur. Pilotsuz təyyarələr ölkənin şimalındakı Kfar Blum və Hanita qəsəbələrinə doğru buraxılıb. Buna cavab olaraq İsrail qırıcıları Hizbullahın Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrindəki hədəflərinə hücum edib.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasında havaya qaldırılıb.
"İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir".
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiyi açıqlamada bildirib.
"Bu hücum çox güman ki, bir neçə saat davam edəcək. ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirib ki, İsrailin təhlükəsizliyinə dəstəyimiz sarsılmazdır. Birləşmiş Ştatlar İsrail xalqının yanında olacaq və İrandan gələn bu təhdidlərə qarşı onların təhlükəsizliyini dəstəkləyəcək", deyə o qeyd edib.
Qərb və İsrail mətbuatının məlumatına görə, İran İsrailə doğru onlarla kamikadze pilotsuz uçan aparat atıb. İsrailin baş naziri Benyamin Netanyahu Tehrana birbaşa hücuma hazır olduğunu açıqlayıb. PUA-lar İraq ərazisi üzərində uçur, Bağdad ölkə üzərində hava məkanını bağlayıb.
Aydın
Şərhlər