Dünya 11:08 04.10.2022

Şimali Koreya daha bir ballistik raket atdı: Yaponiyada həyəcan siqnalı işə düşdü

Oktyabrın 4-də KXDR ballistik raket buraxıb, onun trayektoriyası Yaponiyanın şimalı üzərindən keçib. Təcili həyəcan siqnalı işə düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Yonhap-a istinadən məlumat yayıb.

Ölkənin müvafiq ərazilərində yaşayan vətəndaşları binaların içərisində və ya yerin altından təxliyə etməyə çağırılıb.

J-Alert sisteminə əsasən, KXDR raketi Yaponiya ərazisi üzərindən Sakit Okeana doğru uçub.

Eyni zamanda, Yaponiya hakimiyyəti raketin Hokkaydo adası və onun şimal-şərqindəki Aomori prefekturası istiqamətində buraxıldığını bildirib.

Yerli sakinlərə raket qalıqlarının düşmə ehtimalı barədə xəbərdarlıq edilib və sığınacaqlarda qalmaları xahiş edilib.

Nizami Bağırov