Xəbər lenti

İnəkləri pambıq sahəsinə girdi, həmkəndlisini söydü, həbs edildi
Ölkə 17:15 12.07.2024

İnəkləri pambıq sahəsinə girdi, həmkəndlisini söydü, həbs edildi

Salyanda kişi 7 baş iribuynuzlu heyvanın törətdiyi əmələ görə həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Salyan rayonunun Yenikənd kəndində anadan olan Şəhriyar Cavadova (soyad şərti) məxsus 7 baş iribuynuzlu heyvanı həmkəndlisi Ömər Ələkbərovun pambıq sahəsinə girərək, əraziyə ziyan vurub. 

Ömər Ələkbərov bundan qəzəblənərək Şəhriyara irad tutub. Şəhriyar da heyvanlarının pambıq sahəsinə girməsinə haqq qazandıraraq, fermeri söyüb. 

Ömər Ələkbərov bu barədə şikayət edib. Şəhriyar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə gödərilib. 

Məhkəmənin qərarı ilə Şəhriyar barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->