Xəbər lenti

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi
İdman 19:00 08.07.2022

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

"Arsenal"ın keçmiş futbolçusu Cek Uilşir 30 yaşında karyerasını bitirib.

Qaynarinfo xəbər verir ki, Premyer Liqada "Arsenal", "Bornmut" və "Vest Hem"də çıxış edən Cek Uilşir karyerasını başa vurduğunu özü açıqlayıb. O, sosial media hesabındakı açıqlamasında "Mən xəyalımı gerçəkləşdirdim. Hamınıza təşəkkür edirəm. Düzünü desəm, məndən asılı olmayan səbəblərə görə karyeramın sona çatdığını görmək çətin idi, amma yenə də verəcək nəsə olduğunu düşünürdüm. Mən karyeramın hər anından həzz aldım. İndi həyatımın bu fəslini bağlamaq üçün doğru vaxtdır" ifadələrini işlədib.

"Luton Taun"un akademiyasında böyüyən və 2001-ci ildə "Arsenal"a transfer olan Uilşir 9 mövsüm London komandasında çıxış edib.

"Arsenal"dan sonra müvafiq olaraq "Bolton", "Bornmut" və "Vest Hem Yunayted"də çıxış edən 30 yaşlı futbolçu sonuncu dəfə Danimarka təmsilçisi "Orhus"da çıxış edib.

"Atletik"də çıxan xəbərdə Cek Uilşirin "Arsenal"da çalışacağı və 18 yaşadək futbolçulardan ibarət komandaya rəhbərlik edəcəyi bildirilib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->