Xəbər lenti

İdman 13:58 24.04.2024

İngiltərə Premyer Liqasının iki futbolçusu zorlamada şübhəli bilinərək saxlanıldı

İngiltərə Premyer Liqa klublarından birində çıxış edən iki futbolçu zorlamada şübhəli bilinərək saxlanılıb. Oyunçuların 19 yaşı var, onlardan biri ötən həftənin sonunda klubunun stadionunda saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" qəzeti mənbələrə istinadən məlumat yayıb

"The Sun” futbolçuların və oynadıqları klubun adlarını açıqlamayıb. Qəzetin yazdığına görə, aprelin 19-da polis bir qızdan idmançıların onu zorladığını bildirən ifadə alıb. İngiltərə Premyer Liqa klublarından birinin nümayəndəsi işə polis tərəfindən baxıldığını desə də, əlavə şərh verməkdən imtina edib.

Hüquq-mühafizə orqanlarının "The Sun”a verdiyi məlumata görə, futbolçulardan biri "hücum və zorlamaya təhrik”, ikincisi isə zorlamada şübhəli bilinir. Hər ikisi dindirilmək üçün polis bölməsinə aparılıb, gecəni dəmir barmaqlar arasında keçirib, sonra isə zaminə buraxılıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->