İngiltərə Kubokunda baş tutan "Çelsi" - "Lids" matçında bir azarkeş tribunadan yıxılaraq xəstəxanaya aparılıb.
Qaynarinfo-nun məlumatına görə, tribunadan yıxılan azarkeşin kimliyi müəyyənləşəndə diqqətçəkən bir fakt üzə çıxarıb. Məlum olub ki, tribunadan yıxılan Aaron Kavli adlı azarkeş 2012-ci ildə "Lids"in "Şeffild Yunayted"lə oynadığı matçda qapıçı Kris Kirklandı yumruqla vurduğu üçün 4 ay həbs olunubmuş.
Həmin olaydan sonra Kavlinin "Lids"in ev oyunlarına buraxılmaması haqda qərar çıxarılsa da, onun dəfələrlə stadionda göründüyü bildirilib.
"Emirates Kuboku"nun beşinci mərhələsində baş tutan "Çelsi" - "Lids" görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər