Xəbər lenti

Dünya 21:33 23.05.2022

İranda 10 mərtəbəli ticarət mərkəzi uçdu, 80 nəfər dağıntılar altında qaldı (FOTO)

İranın Xuzistan əyalətinin mərkəzi Abadanda yerləşən yeni tikilmiş 10 mərtəbəli ticarət mərkəzi üçub. 

Qaynarinfo bu barədə IRNA agentliyinə istinadən xəbər verir

Dağıntılar altında 80-dən çox adamın qaldığı bildirilir. Hələlik 5 nəfərin meyiti dağıntılar altından çıxarılıb. 37 nəfər isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.  

Hadisənin səbəbi ilə bağlı rəsmi  məlumat verilməyib. Lakin ilkin ehtimala görə, binanın standartlara cavab verməyən tikintisi qəzaya səbəb olub.

Fakt ilə bağlı iki nəfər, o cümlədən binanın tikinti rəhbəri məsuliyyətə cəlb edilib.  

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->