Dünya 22:25 27.05.2022

İranda qida sənayesi məhsullarının satışı 50% azalıb, süfrələr kasadlaşıb

Son qünlərdə İran dövlətinin 4 ən əsas qida məhsulunun (yağ, un, toyuq, yumurta) üzərindən subsidiyaları gütürməsi səbəbindən digər qida məhsullarında kəskin qiymət artımı baş verib.

Qaynarinfo bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

Qida sənayesi Federasiyası başçısı Möhsün Nəqqaşi bitki yağının qiymətinin 6,5 dəfə artdığını qeyd edərək bildirib ki, ərzaq və salatların dərəcəsində yağın qiyməti təxminən 20 faiz təşkil edir (sous dərəcəsində yağın qiyməti 200 faizə təsir edir), lakin dərəcənin artması qida sənayesində satışların 50% azalmasına səbəb olub.

O, istehlakın azalması səbəblərinə istinad edərək, əlavə edib ki, əhalinin satınalmalardan imtina kampaniyaları və istehlakçıların alıcılıq qabiliyyətinin azaldılması tələbatın təxminən 50% azalmasına gətirib çıxarıb.

M.Nəqqaşi əlavə edib ki, un və sənaye çörək qiymətlərinin artması son məhsulların qiymət artimını qaçılmaz edib. Çörəyin qiyməti ən azı 2,5 dəfə artıb və beləliklə, sandviçin qiyməti iki dəfədən çox qalxıb.

M.Arif