"Hesab edirəm ki, İsrail və İran arasında proqnoz edilən qlobal müharibə olmayacaq. Çünki bugünkü İranı yaradan və onu ayaq üstə saxlayan İsrail və ABŞ-dır".
Bunu Qaynarinfo-ya açıqlamasında tarixçi alim Zaur Əliyev deyib.
Ekspert vurğulayıb ki, Təl-Əviv və Tehran münasibətləri hələ İran şahının dövründən pisləməyə başlamayıb:
"İran şahı ABŞ-dan tələb edirdi ki, sionizmi irqçilik kimi qəbul etsin, BMT-də bir neçə dəfə İran nümayəndə heyəti belə bir təklif irəli sürmüşdü. Lakin İranda İslam inqilabından sonra hakimiyyətə gələn rejimə qarşı ərəb dövlətləri birlik yaradanda Ruhullah Xomeyni beynəlxalq aləmə çıxış və ordunun güclənməsi üçün İsrailə müraciət etməli oldu".
Zaur Əliyev deyib ki, bunun əvəzində isə İran İsrailin ərəblərlə apardığı müharibədə neytral mövqe tutacağına və əsla nüvə tədqiqatları aparmayacağına dair söz verib:
"İsrail-Livan müharibəsi zamanı belə İranda müəyyən qüvvələr 10 minlik qoşunla Livana yardım etməyi təklif etsələr də, Xomeyni buna razı olmadı, çünki o əsas düşmən kimi İraqı görürdü və "Qüdsə yol Kərbəladan keçir" deyirdi. İsrail bu qayda ilə İranın Yaxın Şərqdə hakim durumuna qarşı maneəni aradan götürüb. Siyasətdə belə bir anlayış mövcuddur - "əgər düşmənin yoxdursa, özünə güclü düşmən obrazı yarat". Bu günə də də İranda molla rejimi İsraili düşmən elan edib. Lakin artıq hakimiyyətin dəyişməsi zamanı çatıb. Böyük güclər İranı parçalamaq əvəzinə hakimiyyəti dəyişmək barədə düşünürlər. Hətta keçən il İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi demişdi ki, "İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər". Hətta İranda hakimiyyətə qarşı başlanan etiraz aksiyalarında silahlıların olmasında bu təşkilatın adı hallanırdı. Etiraz aksiyaları zamanı bu təşkilatın üzvlərinin aparıcı olması fikrimizi təsdiq edə bilər. Çox maraqlıdır ki, bu təşkilatın üzərinə gedən yeganə dövlət Fransadır və onlar Avropa dövlətlərinin bu təşkilatı terrorçular simasından çıxarılmasına etiraz edirlər. İran və Fransa hakimiyyəti bu təşkilata qarşı mübarizə aparan yeganə dövlətlərdir. Fransa İranı qorumaq üçün bütün gücünü ortaya qoysa da artıq böyük güclər qərara gələcəklər. Müharibə yolu ilə, İran parçalanmayacaq və sadəcə hakimiyyəti solçu islamçılara təhvil verəcəklər".
Qeyd edək ki, Qərb mediası bildirir ki, İran-İsrail savaşının hər an baş verə bilər. Tərəflər bir-birilərinə meydan oxuyurlar. Müharibə başlasa bu, meydanda yox, göydə olacaq. Raketlər, dronlar işə düşəcək ki, bunun da nəticəsi ağır ola bilər.
"The Guardian" yazır ki, İran HƏMAS liderinin öldürülməsinə görə İsrailə qarşı repressiyaları yenidən nəzərdən keçirə bilər. Nəşr bildirir ki, digər müsəlman ölkələri Tehranın hərbi cavabını açıq şəkildə dəstəkləmir və daha məqsədyönlü hərəkət etmək ehtimalı var.
Bu arada İsrail rəsmiləri belə qənaətə gəliblər ki, Livanın "Hizbullah" silahlı qruplaşması İsrailin yüksək rütbəli komandir Fuad Şükrü öldürməsinə cavab olaraq yaxın bir neçə gün ərzində hücum həyata keçirməkdə qərarlıdır, lakin onun İranla nə dərəcədə koordinasiya edəcəyi bəlli deyil. Belə nəticəyə gəlinir ki, İran mülki şəxsləri deyil, hücuma görə məsuliyyət daşıyanları, xüsusilə də MOSSAD və onun etibarlı nümayəndələrini hədəf almaq niyyətindədir.
Digər tərəfdən İran hökumətində müharibə ilə bağlı fikir ayrılıqları var. Xüsusilə də prezident Məsud Pezeşkian müharibənin əleyhinədir və hesab edir ki, indiki vaxtda belə bir savaşın başladılması nə İran hökumətinin, nə də İran dövlətinin xeyrinə deyil.
Siyasət şöbəsi
Şərhlər